Baş Prokurorluq Kəlbəcərdə minaya düşən hərbçiylə bağlı açıqlama yayıb

23:44 02.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu,əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olmuşdur.

Ba Prokurorluqdan hafta.az-a verilən məlumata görə, müəyyən edilmişdir ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulmuşdur.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.