Basketbol millimiz Ermənistanı məğlub edərək Avropa çempionatının yarımfinala yüksəlib

21:41 25.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan basketbol millisi Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən Avropa çempionatının “C” divizionunda son qrup oyununa çıxıb.

Hafta.az xəbər verir ki, B qrupunda qərarlaşmış yığmamızın rəqibi Ermənistan seçməsi olub.

Görüş milli komandanın 76-69 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu Azərbaycan kollektivinin üzvü Derin Berköz (18 xal, 5 asist) seçilib. Yığma bu qələbədən sonra qrup lideri olaraq yarımfinala vəsiqə qazanıb.