Yazını böyüt
Yazını kiçilt
İndoneziya, Yaponiya və Filippində keçirilən “FIBA Dünya Çempionatı – 2023” yekunlaşıb.
Hafta.az xəbər verir ki, Filippinin paytaxtı Manilada keçirilən final görüşündə Almaniya və Serbiya milliləri qarşılaşıb.
Almaniya millisi Serbiya yığmasını 83:77 hesabı ilə məğlub edərək tarixində ilk dəfə dünya çempionu olub. Almanlar dünya çempionatında keçirdiyi 8 oyunun hamısında qalib gəlib.
Qeyd edək ki, bu vaxta qədər komandanın ən yaxşı nailiyyəti 2002-ci il dünya çempionatında bürünc medallar olub.
Üçüncü yer uğrunda görüşdə Kanada komandası ABŞ-a əlavə vaxtda 127:118 hesabı ilə qalib gələrək ilk dəfə dünya çempionatında gümüş medal əldə ediblər.