Basketbol üzrə U-16 millimiz Bəhreyn və Küveyt yığmalarına qalib gəlib

16:30 17.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İstanbulda təlim-məşq toplanışını davam etdirən basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz Avropa çempionatı öncəsi yoxlama oyunlarında gücünü yoxlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan basketbol Federasiyasından məlumat verilib.

Baş məşqçi Tahir Baxşıyev və köməkçisi Polad Həsənovun rəhbərlik etdiyi yığmamız ilk yoxlama oyununda Bəhreynin U-16 millisinə 70:62, ikinci görüşdə isə Küveyt U-16 seçməsinə 82:70 hesabı ilə qalib gəlib.

Millimizin hazırlıq prosesinə iyulun 18-də yekun vurulacaq.