Basketbolçu məşqçini döyüb

19:00 12.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da 17 yaşlı basketbolçu məşqçisini döydüyü üçün həbs edilib, Complex yazır. Kişinin onu skamyaya oturtması yeniyetmənin xoşuna gəlməyib.

Mətbuatda yayılan məlumata görə, adı istintaqın maraqları baxımından açıqlanmayan 17 yaşlı basketbolçu və onun 22 yaşlı qardaşı Jarrik Allen məktəbin dayanacağında məşqçini gözləyirmiş. Kişi ilə futbolçu arasında söz davası olub və nəticədə yumruq davasına çevrilib. İstintaqın məlumatına görə, amerikalı azyaşlı rəqibinin üzünə bir neçə zərbə endirib.

Hücum nəticəsində kişi başından, üzündən, boyundan və qollarından xəsarət alıb. Yeniyetmə həbs edilib və ona qarşı zorakılıq ittihamı irəli sürülüb, lakin 23 min dollar girov müqabilində sərbəst buraxılıb. İşlə bağlı istintaq davam edir və məktəb rəhbərliyi məşqçinin vəziyyətini şərh edib.

“Yaxşıdır, yaxşılaşır. Biz bu hadisədən çox kədərlənirik və tələbələrin bu cür davranışına dözməyəcəyik”, - deyə məlumatda bildirilir.