Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub

23:20 07.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.