Ötən il noyabrın 19-da Zonguldakın Ereğli rayonu sahillərində “Kafkametler” adlı gəmi güclü külək və nəhəng dalğalar tərəfindən sürüklənərək batmışdı. O vaxtdan başlayan proseslə gəminin qalıqları dənizdən tamamilə çıxarılıb. İtkin düşən 7 ekipaj üzvündən isə hələ də əsər-əlamət yoxdur.
Hafta.az-ın yazdığına görə, Zonguldak Valiliyi “Kafkametler” adlı yük gəmisinin qalıqlarının çıxarıldığını, itkin düşən 7 ekipaj üzvünün axtarışlarının davam etdiyini açıqlayıb. İşlər çərçivəsində dənizdən 1421 ton tullantı çıxarılıb.
Rusiyadan Əliağa limanına yük daşıyan gəmidə 12 ekipaj üzvü olub. Hadisədən sonra 5 dənizçinin cəsədi tapılıb. 7 ekipaj üzvü isə itkin düşüb.
Qruplar dağıntının ətrafında 64 sümük parçası tapıblar. Bu parçalar məhkəmə tibbində araşdırılıb. Sümüklərdən 20-nin heyvanlara aid olduğu müəyyən edilib. Qalan 40 sümüyün tədqiqi davam edir.