Bərdədə bıçaqlanma hadisəsi olub

22:56 27.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 21 radələrində Bərdə rayonunun ərazisindəki qəbiristanlıqda 2002-ci il təvəllüdlü Hüseynov Bəhmən Bəxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.