Beşmərtəbəli yaşayış binasında yanğın olub

21:19 08.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəsimi rayonunda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 58 m² olan 2 otaqlı məzilin mətbəxində mebel 12 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.