Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etmədi

19:44 07.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan "müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını" təmin etməyib.

Hafta.az-ın məlumatına görə, məhkəmədə, həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib.

Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb.

Bu 3 məsələ üzrə Ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.

Oxunma sayı 100
Gündəm rubrikasından digər xəbərlər