Bəzi cütlüklər toyda qonaqlara bilet satırlar

10:10 20.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Toy xərcləri artdıqca, bəzi cütlüklər həllini qonaqlardan giriş haqqı almaqla tapırlar.

Hafta.az-ın “New York Times”a istinadən yazdığına görə, ABŞ-da geniş vüsət alan bu təcrübə evlənən cütlük üçün məntiqli görünsə də, adətən qonaqlar xoşuna gəlmir.

Keçən il ABŞ-da toyun orta qiyməti 35 min dollar olub.

Hyustonda yaşayan Hassan Əhməd adlı TikTok istifadəçisi gələn il toyu üçün 100 min dollar xərclədiyini və qonaqlardan 450 dollar giriş pulu istədiyini deyir. Bu xahişdən sonra 125 qonağından cavab almamasına təəccüblənən Əhməd onların konsertlərə daha çox pul xərclədiklərini bildirərək istəyini müdafiə edir.

Türkiyədə bəzi cütlüklər toylarda və ya toydan sonrakı tədbirlərdə qonaqların yemək pulunu ödəməsini gözləyirlər ki, bu da bəzən tənqidlərə səbəb olur.

İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı İstanbul Planlama Agentliyinin bu il açıqladığı rəqəmlərə görə, İstanbulda yeni ev tikmək və salon toyu etmək üçün orta hesabla 589405 lirə (təxminən 30 min manat) xərc tələb olunur. Kənd toyu üçün bu məbləğ 754405 lirəyə (38 min manat) yüksələrkən, zinət əşyaları və bal ayı xərcləri hesablamalara daxil edilməyib.

Sadəcə bir şadlıq evinin kirayəsi təxminən 70 min lirə, kənd toyu üçün bir yerin kirayəsi isə 235 min lirə olaraq hesablanıb.

Ötən il evlənən amerikalı cütlük Nova və Rimo Stiles qonaqlarını avtobusla onlar üçün vacib yerlərə aparmaq məqsədilə maşın kirayələyiblər. Lakin avtobusun tutumu yetərli olmadığından qonaqların sayını azaltmaq üçün toyda iştirak etmək istəyənlərə bilet satmağa qərar veriblər.

Onların dəvəti alan yaxın dostu 333 dollarlıq girişhaqqını görəndə “şoka düşüb”, lakin bunun məqsədini anladıqdan sonra cütlüklə razılaşıb.

Texasda bir toy təşkilatı şirkətinin qurucusu Ceymi Volfer girişhaqqı istəyən cütlükləri başa düşür, lakin qonaqların narahatlığı ilə də razılaşır.

Hədiyyə yerinə 50 dollara qədər rüsum və ya nağd pul tələb oluna biləcəyini ifadə edən Uolfer əlavə edir: "Ancaq bu, insanların istədiyi ciddi puldur".

Londonda toy planlaşdıran şirkətin qurucusu Metyu Şou da qeyd edir ki, bilet satışı ev sahibi ilə qonaqlar arasında yöndəmsiz münasibətə səbəb olacaq və qonaqlar qəyyumlara çevriləcək.