Bir tondan artıq yabanı çətənə bitkisi yandırılıb

11:17 18.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a bildiriblər ki, tədbir zamanı işğaldan azad edilmiş Xaçındərbənd, Əlimədətli və Əliağalı kəndlərinin ərazisində yabanı halda bitən və çəkisi ümumilikdə 1 tondan artıq olan 3899 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.