Birinci rübdə ümumi daxili məhsul 6,8 faiz artıb - Prezident

19:37 12.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bizim iqtisadi göstəricilərimiz də çox müsbətdir".

Hafta.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı vurğulayıb ki, birinci rübdə ümumi daxili məhsul 6,8 faiz artıb.

"Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb", - Prezident İlham Əliyev qeyd edib.