Biz Ağdam səfərini 6 aydan çox olar ki, gözlədik - Milli QHT Forumunun rəhbəri

13:40 30.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Biz Ağdam səfərini 6 aydan çox olar ki, gözlədik. Məsələn, Amerikanın keçmiş səfiri Ağdama gedib gələndən sonra demişdi ki, “yer üzündən silinmiş şəhər, Ağdam ruhlar şəhəri, Qafqazın Xirosiması”. Çox doğru bənzətmə idi.

Bu fikirləri hafta.az-a Milli QHT Forumunun rəhbəri Rauf Zeyni deyib. Onun sözlərinə görə, erməni vandalizmini gözümüzlə gördük:

"Ermənilər Xurşud Banu Nətavanın qəbrindən tutmuş bütün qalalarımıza, abidələrimizə qədər hamısını goreşən xisləti ilə dağıdıblar. O yerlərdə ekomühit, ruhu, mənəvi, fiziki tarazlıq pozulub.
Bu səfərlərin çox böyük tarixi əhəmiyyəti var. Birincisi, vətənimizdir, işğaldan azad olunub, onun qürurunu yaşayırıq. Eyni zamanda bilirik ki, qarşımızda çox böyük işlər var. QHT-ləri öz gücünü dünya ictimaiyyətini, şirkətləri, beynəlxalq qurumları torpaqların minalardan təmizlənməsinə, bərpasına cəlb etməlidir. Bir sözlə, təpədən dırnağa qədər işğaldan azad olunmuş ərazilərdə yenidən bərpa işlərinə qoşulmalıyıq. Bununla belə bilirik ki, Ağdam çox yüksək səviyyədə bərpa olunacaq, çox möhtəşəm bir şəhərə, bölgəyə çevriləcək və əhalimiz ora böyük qayıdışı həyata keçirəcəkdir".