Rusiyanın müddətli sədrliyi ilə bu il ilk dəfə keçirilməsi planlaşdırılan BRİCS Oyunlarına 97 ölkədən idmançılar qatılacaq.
Hafta.az-ın yazdığına görə, Rusiya idman nazirinin müavini Aleksey Morozov bildirib ki, Kazanda keçiriləcək BRİCS Oyunlarında 4 mindən çox xarici idmançının iştirakı gözlənilir.
Baş nazirin müavini Dmitri Çernışenko bəyan edib ki, artıq 97 ölkə müsabiqədə iştirakını təsdiqləyib.
BRİCS Oyunları 12-23 iyun tarixlərində keçiriləcək və yarışlarda 5 minə yaxın idmançı 27 idman növü üzrə güclərini sınayacaq.
Məlumata əsasən, mayın əvvəlində oyunlara 10 min bilet satılıb.
Rusiya Maliyyə Nazirliyi BRİCS Oyunlarının keçirilməsi üçün 1,29 milyard rubl ayırıb.
Rusiya İdman Nazirliyi BRİCS oyunlarında uğur qazanan rusiyalı idmançılara pul mükafatlarının veriləcəyini açıqlayıb. Qızıl medal qazananlar 358400 rubl (6860 manat), gümüş medalçılar 179200 rubl (3430 manat), bürünc medalçılar 107500 rubl (2057 manat) məbləğində mükafatlandırılacaq.