Brüsseldə Alyansın müdafiə qabiliyyətinin gücləndirilməsi müzakirə ediləcək

08:28 03.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçiriləcək.

Hafta.az xəbər verir ki, proqrama əsasən, Şimali Atlantika Şurasının xarici işlər nazirləri səviyyəsində iclasından sonra NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində işgüzar görüşü olacaq.

NATO-nun Baş katibi Mark Rütte iclasla bağlı mətbuata açıqlamasında görüşdə Ankarada keçiriləcək növbəti NATO Sammitinə hazırlıq çərçivəsində təhlükəsizlik üçün dəyişən təhdidlərin müzakirə olunacağını, həmçinin çəkindiricilik və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün atılan addımların nəzərdən keçiriləcəyini bildirib. O, həmçinin Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın iştirakı ilə NATO-Ukrayna Şurası çərçivəsində də müzakirələrin aparılacağını qeyd edib.