Bu gün 40 mindən şəxsə vaksin vurulub

17:48 12.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada 40844 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 35417 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 5373 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2742867 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1783506 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 959361 nəfərdir.

Oxunma sayı 555