Bu gün "Qarabağ" Çempionlar Liqasında həlledici oyuna çıxır

09:54 23.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Hafta.az xəbər verir ki, "atlılar" Çexiyada "Viktoriya"nın qonağı olacaq. Plzendə baş tutacaq matça saat 23:00-da start veriləcək.

Komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatıb. "Qarabağ" mərhələ adlamaq üçün yalnız qələbə qazanmalıdır.

Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu

23 avqust

23:00 Viktoriya (Plzen, Çexiya) - Qarabağ
İlk oyun - 0:0