Bu günədək 26 azərbaycanlı sürücü təxliyə edilib

15:27 03.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədən təxliyə edilmiş azərbaycanlı sürücülərin sayı 26-a çatıb.

 

Hafta.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ruslan Eldaroğlu bildirib.

 

Onun sözlərinə görə, fevral ayının 28-dən Ukraynadan təxliyə olunan 6 yük maşını Türkiyəyə çatıb. Bundan başqa ötən gün Ukrayna hüdudlarını tərk edən 6 yük maşını artıq Moldova ərazisindədir.

 

"Bugün isə Ukraynadan Moldovaya 9 yük maşını təxliyə olunur. Həmin maşınlar artıq Ukrayna-Moldova sərhədindədir. Sürcülərin təxliyəsi bundan sonra da davam etdiriləcək", - ABADA rəsmisi qeyd edib.