Bu hərbi hissələrdə süni intellektlə işləyən videomüşahidə sistemi olacaq

09:10 13.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın hərbi hissələrində süni intellektlə işləyən videomüşahidə sistemləri tətbiq olunacaq.

Hafta.az “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın müdafiə nazirinin müavini Darxan Ahmediyev məlumat verib.

Onun sözlərinə görə, süni intellekt tətbiqi ilə bir çox problem həll ediləcək:

“Face ID bizə bölmədə kimin olduğunu, hər kəsin işə gəlib-gəlmədiyini və nə vaxt gəldiyini görməyə imkan verir. Sistem saatdarın yerində olub-olmadığını, anbara daxil olanların icazəsinin olub-olmadığını və kənar birinin içəri girməyə cəhd edib-etmədiyini qeyd edir. Sistem bir neçə nəfərin uzun müddət bir yerdə durduğunu da müəyyən edir. Sistem tüstülənməni də aşkar edə bilir".