Bu sərgi noyabrın 5-dən 16-dək keçiriləcək

08:05 10.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 5-dən 16-dək Birləşmiş Ərəb Əmirliklərində 44-cü Şarcə Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

Hafta.az xəbər verir ki, “Səninlə kitab arasında” şüarı altında baş tutacaq sərgidə 118 ölkədən 2400-ə yaxın naşir bir araya gələcək, milyonlarla adda kitab və nəşr təqdim olunacaq.

Sərgidə 66 ölkədən 250-dən çox yazıçı və yaradıcı şəxs çıxışlar edəcək. Builki sərginin fəxri qonağı Yunanıstandır.