Çayın sahilindən meyit tapıldı

22:49 28.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsuda Ağsu çayının sahilində yerləşən fermadakı vaqonda kişi meyiti tapılıb.

Hafta.az APA-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar nəticəsində cəsədin 1957-ci il təvəllüdlü Mustafayev Fərhad Səməd oğluna məxsus olduğu müəyyən edilib.

Onun ürəktutmadan dünyasını dəyişdiyi ehtimal olunur. Cəsəd aidiyyatı üzrə təhvil verilib.

 

Araşdırma aparılır.