Cəlilabadda 8 otaqlı ev yanıb

17:58 08.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Cəlilabad şəhərində ümumi sahəsi 338 m² ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 258 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilib və onların köməyi ilə xəstəxanaya çatdırılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.