Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri ilk oyunda qarşılaşıb

23:15 09.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunlarına start verilib.

Hafta.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın II raunddakı potensial rəqibləri də meydana çıxıblar.

Malta çempionu “Hamrun” doğma meydanda Cəbəllütariqin “Linkoln” komandasını qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab qarşılaşması iyulun 16-da reallaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də olacaq.