Cənubi Afrika Respublikası artıq G20-də olmamalıdır - Tramp

08:50 06.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasının dünyanın inkişaf etmiş iqtisadiyyatlarını birləşdirən G20-də olmamalı olduğunu deyib.

Hafta.az xəbər verir ki, bu barədə o, Amerika Biznes Forumunda çıxışı zamanı bildirib.

O, bu ayın sonunda Yohannesburqda keçiriləcək dünya liderlərinin illik G20 sammitində iştirak etməyəcəyini bir daha təkrarlayıb.

“Cənubi Afrika artıq G20-də olmamalıdır, çünki orada çox pis şeylər baş verir”, - deyə Tramp əlavə edib.