Cənubi Koreyanın ilk kommersiya raketinin buraxılışı uğursuz olub

10:05 23.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreyanın “INNOSPACE” şirkətinə məxsus özəl daşıyıcı raketin ilk buraxılışı uğursuz olub.

Hafta.az Cənubi Koreya mediasına istinadla xəbər verir ki, yerli vaxtla dekabrın 22-də axşam saat 22:13-də (Bakı vaxtı ilə 23 dekabr saat 5:13) Braziliyanın Alkantara Kosmos Mərkəzindən "Hanbit-Nano" adlı raketin buraxılışına start verilib. Buraxılışdan təxminən 30 saniyə sonra raketdə anormallıq baş verib və o, təhlükəsiz zonada yerə çırpılıb.

Şirkət hadisə ilə əlaqədar açıqlama yaymayıb.