Çinli yeniyetmə bir dəqiqədə ən çox ipdən tullanma rekordunu qıraraq Ginnesin Rekordlar kitabına adını yazdırıb. Yeniyetmə Zhou Qi 60 saniyə ərzində 374 dəfə iplə tullanaraq 10 ildir qırılmayan rekordu yeniləyib.
Hafta.az-ın yazdığına görə, Ningbo şəhərində yaşayan Zhou, aprelin 30-da rekord cəhdini həyata keçirərkən Ginnesin Rekordlar Kitabı sertifikatını alıb.
16 yaşlı gənc bununla da yaponiyalı Daysuke Mimuranın iplə 348 dəfə tullanma rekordunu qırıb.
Zhou, Ginnesin Rekordlar Kitabına keçən il ibtidai və orta məktəblər arasında keçirilən iplə tullanma çempionatında bir dəqiqədə 398 dəfə tullanmanın ən yaxşı göstəricisi olduğunu söyləyib.
"O vaxt dünya rekorduna meydan oxumaq istəyirdim. Orta məktəbdə çox məşğul olduğumdan, bir ildən sonra yenidən cəhd etdim. Ev tapşırığına görə məşq vaxtım azalsa da, rekord cəhd üçün gücümə heç vaxt şübhə etmədim" deyib Zhou.
Gündə iki məşq etdiyini bildirən rekordçu bu ifadələrdən istifadə edib: "Əgər iplə yüksək sürətli tullanmada irəliləmək istəyirsinizsə, məşqçiniz çox intizamlı olmalıdır. Uzun müddət məşq edərək vəziyyətinizi qorumaq sürəti artırmağa imkan verir. Dözümlülüyə alışmaq üçün bir seansda uzun müddət və dəfələrlə iplə tullanmaq lazımdır".
Zhou böyüyəndə məşqçi olmaq və gəncləri yetişdirmək istədiyini belə izah edib: "Ümid edirəm ki, özüm kimi məşqçi olacağam və yetişdirdiyim idmançılar çətinliklərə boyun əyməyəcəklər".