Covid-19 həblərinə RƏSMİ İCAZƏ VERİLDİ

16:14 04.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərədə ilk Covid-19 həbi təsdiqlənib. ABŞ-da yerləşən əczaçılıq nəhəngi Merck-in Covid-19-un ağır təsirlərini və ölüm nisbətlərini yüzdə 50 azaldan dərman üçün ilk istifadə təsdiqi həyəcan yaratıb.

Hafta.az-ın Wall Street Journal-a istinadla verdiyi xəbərinə görə, İngiltərənin dərman tənzimləyicisi verdiyi açıqlamada Merck və Ridgeback Biotherapeutic tərəfindən hazırlanmış Covid-19 həbini təsdiqlədiyini söyləyib.

Beləliklə, İngiltərə koronovirus həbini, eləcə də koronovirus peyvəndini təsdiqləyən ilk ölkə olub.