Çoxmərtəbəli yaşayış binasında YANĞIN

21:51 29.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunda mənzildə baş verən yanğının qarşısı alınıb.

 

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın, FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.