Daha 38 mina tapıldı

12:30 13.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan hafta.az-a verilən məlumata görə, dekabrın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 9, tank əleyhinə 29 mina və 262 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 78,3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.