Daşkəsəndə məktəb binasının tikintisi üçün 1 milyon manat ayrılıb

14:52 23.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daşkəsən şəhərində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Hafta.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Daşkəsən şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

İqtisadiyyat Nazirliyi bu Sərəncamda göstərilən məktəb binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır..

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Oxunma sayı 429