Yazını böyüt
Yazını kiçilt
Bu gün Qətərdə keçirilən DÇ-2022-nin qalibi bəlli olub.
Hafta.az xəbər verir ki, finalda son çempion Fransa millisi ilə Argentina üz-üzə gəlib.
"Lusail" stadionunda keçirilən və polşalı referi Şimon Marçinyakın idarə etdiyi oyun dramatik məcrada keçib. Əsas vaxt 2:2 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda da komandalar hərəyə bir dəfə fərqləniblər. Belədə qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac yaranıb. Burada daha dəqiq olan Argentina millisi tarixində 3-cü dəfə dünya çempionu adının qazanıb. İkiqat dünya çempionu Fransa isə gümüş mükafatçı olub.