DÇ-2022: Mərakeş İspaniyanı məğlub edərək 1/4 finala çıxıb

22:45 06.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının 1/8 final mərhələsində növbəti oyun baş tutub.

Hafta.az xəbər verir ki, Mərakeş və İspaniya yığmalarının qarşılaşdığı matçda əsas vaxt 0:0 hesablı heç-heçə ilə bitib.

Penalti seriyasına uzana oyunda Mərakeş komandası ispanları üstələyib və 1/4 final mərhələsinə vəsiqəni təmin edib.