Yazını böyüt
Yazını kiçilt
Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.
Hafta.az xəbər verir ki, Polşa və Səudiyyə Ərəbistanı komandaları arasında keçirilən qarşılaşmada Polşa millisi inamlı qələbə qazanıb - 2:0.
Oyunda qolları 39-cu dəqiqədə P.Zelinski və 82-ci dəqiqədə R.Levandovski vurublar.
Qeyd edək ki, bu oyundan sonra C qrupunda vəziyyət belədir:
1. Polşa - 4 xal
2. Səudiyyə Ərəbistanı - 3 xal
3. Meksika - 1 xal
4. Argentina - 0 xal