“Dəniz kuboku”nda iştirak üçün gələn hərbi gəmilər Bakı limanını tərk edib

14:57 26.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin, həmçinin Rusiya Hərbi Dəniz Donanmasının gəmiləri və şəxsi heyəti Bakı limanını tərk edib.

Hafta.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.