Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Kempo Karate üzrə 26-cı Dünya Çempionatında qələbə qazanıb.

Hafta.z-ın yazdığına görə, Birləşmiş Dünya İdman Kempo Federasiyasının (UWSKF) təşkil etdiyi yarışda rəqibləri üzərində üstünlük əldə edən soydaşımız finalda birinci yeri tutub. Avstriyanı təmsil edən soydaşımıza çempionatın qızıl medalı təqdim edilib.

UWSKF-nın prezidenti tərəfindən soydaşımıza Kempo Karateyə xüsusi xidmətlərinə və 30 il peşəkar idmanda göstərdiyi nailiyyətlərə görə 4-cü Dan qara-kəmər təqdim olunub.

Xatırladaq ki F.Əzizov UWSKF-da 4-cü Dan qarakəmər sahibi olan yeganə Azərbaycanlıdır.

Medalın və kəmərin təqdimolunma mərasimində F.Əzizov təşkilatçılara Diasporla İş üzrə Dövlət Komitəsi adından Azərbaycan mədəniyyətini əks etdirən suvenirlər hədiyyə edib. F.Əzizov bu qələbəni vətən uğrunda canından keçən şəhidlərimizə həsr etdiyini söyləyib.