Dronlardan qorxan norveçli futbolçu Rusiyadan getdi

09:45 14.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Norveçli futbolçu Mathias Normann “Moskva Siti”yə pilotsuz təyyarə hücumundan sonra Rusiyanı tərk etmək qərarına gəlib. Rostov komandasının futbolçusu “Normann Dinamo”da icarə əsasında çıxış edirdi.

Hafta.az-ın "Kommersant" qəzetinə istinadən yazdığına görə, “Moskva Siti”dəki mənzillərdən birində yaşayan futbolçunun təhlükəsizliyi əsas gətirərək tələsik ölkəni tərk etdiyi öyrənilib.

Qeyd edək ki, son vaxtlar Moskva şəhəri ardıcıl dronların hədəfinə çevrilib.

Qəzet klub rəhbərliyinin FİFA-ya müraciət etdiyini yazıb. Məsələyə Lozandakı idman arbitraj məhkəməsi olan CAS tərəfindən baxılacağı gözlənilir.

Bununla belə, "Kommersant" başqa bir iş üzrə "Dinamo"ya qarşı çıxarılmış məhkəmə qərarının klub tərəfindən hələ də yerinə yetirilmədiyinə diqqət çəkib.

İdman mətbuatı Matias Normanın 2022-ci ilin iyununda Moskva "Dinamo"suna keçdiyi üçün Norveç millisinə çağırılmadığını yazıb.