Transfermarkt portalı qarşıdan gələn dünya çempionatının ən bahalı oyunçularının reytinqini tərtib edib.
Paris Sen-Jermen və Fransa yığmasının hücumçusu Kilian Mbappe turnirin ən bahalı oyunçusu seçilib. İkinci yeri “Real Madrid”dən və Braziliya millisindən Vinisius tutub. İlk üçlüyü “Mançester Siti”nin və İngiltərənin yarımmüdafiəçisi Fil Foden tamamlayıb.
DÇ-2022-nin ən bahalı 10 oyunçusu:
Kilian Mbappe (Fransa) 160 milyon avro
Vinisius Junior (Braziliya) - 120 milyon avro;
Fil Foden (İngiltərə) - 110 milyon avro
Camal Musiala (Almaniya) — 100 milyon avro;
Pedri (İspaniya) — 100 milyon avro;
Jude Bellingham (Almaniya) - 100 milyon avro
Federiko Valverde (Uruqvay) 100 milyon avro
Harri Keyn (İngiltərə) 90 milyon avro
Bukayo Saka (İngiltərə) 90 milyon avro
Gavi (İspaniya) — 90 milyon avro
Dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Turnir beş şəhərin səkkiz stadionunda keçiriləcək. Final qarşılaşması Milli Stadionda baş tutacaq.