Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Qətərdə keçiriləcək dünya çempionatında çıxış edəcək komandaların qiyməti ilə bağlı araşdırma hazırlayıb.
Bu işə görə, bazar günü başlayacaq dünya çempionatında ən bahalı heyət İngiltərə yığmasıdır.
Futbolun yaradıcılarının komandasının dəyəri 1,499 milyard avrodur. Sonrakı yerləri Braziliya (1,455 milyard avro) və Fransa (1,337 milyard avro) komandaları tutur.
Dünya Kubokunun ən bahalı 10 komandası aşağıdakılardır:
1. İngiltərə - 1,499 milyard avro;
2. Braziliya - 1,455 milyard avro;
3. Fransa - 1,337 milyard avro;
4. İspaniya - 1,201 milyard avro;
5. Portuqaliya - 1,154 milyard avro;
6. Almaniya - 1,020 milyard avro;
7. Hollandiya - 756 milyon avro;
8. Argentina - 748 milyon avro;
9. Uruqvay - 590 milyon avro;
10. Belçika - 562 milyon avro.
Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Turnirin açılış oyununda meydan sahibləri Ekvador millisini qəbul edəcək.