Dünya növbəti pandemiyaya hazır olsun! - hökumətlərə çağırış

17:08 21.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Microsoft"un qurucusu olan amerikalı milyarder Bill Gates dünyanı daha ciddi xəstəliyə hazır olmağa çağırıb.

Hafta.az-ın yazdığına görə, milyarder deyib ki, bəşəriyyət başqa bir pandemiya yaşayacaq. Bu dəfə virus koronavirus ailəsindən fərqli bir potogendən yaranacaq. Odur ki, hökumətlər indidən hazırlıq görməyə başlamalıdırlar. 

Almaniyada hər il düzənlənən Münhen Təhlükəsizlik Konfransında CNBC-dən Hadley Gambleyə açıqlama verən Gates bildirib ki, tıbbi texnologiyadakı inkişaf, əgər sərmayələr məhz bu gün yatırılsa, dünyanın gələcək pandemiyalarla daha yaxşı mübarizə aparmasına yardım edəcək.

"Kovid-19" pandemiyasından 2 il sonra, qlobal əhalinin böyük hissəsinin immunitet qazanmasıyla virusun ağır fəsadlarının azaldığını deyən Gates əlavə edib ki, aşının vurulması bir yandan yaxşıdır. Gates vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı onsuz da qarşı məqsəd qoyduğu dünya əhalisinin 70 faizini aşılama planını reallaşdıra bilməyəcək. Çünki bunun üçün yetərli miqdarda aşı yoxdur. Odur ki, dünya gələcəkdə daha çox və daha effektli aşılar istehsal etməli, onun bütün ölkələrə ədalətli və sürətli çatdırılmasını təmin etməlidir. 

Gates bildirib ki, daha effekti aşını yaratmaq üçün bizə indiki kimi 2 il deyil, 6 ay lazımdır. "Bu nə qədər tez edilsə o qədər yaxşıdır. Növbəti pandemiyanın qlobal təsiri və maliyyəti indiki kimi böyük olmayacaq. Bu qlobal isinmə deyil ki, bacarmayaq. Əgər məntiqli davransaq, növbəti pandemiyaya daha ciddi hazır olarıq", - Gates deyib.