Dünyanı şoka salan təklif – 1 IL ÜÇÜN 700 MİLYON AVRO MAAŞ

16:46 24.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hər transfer dönəmində adı "Real Madrid"lə hallanan Kylian Mbappe, müqaviləsində gələcək mövsüm qüvvədə olacaq variantdan istifadə etməyəcəyini açıqlayıb və PSJ tərəfindən heyətdən uzaqlaşdırılıb. Real Madridin transfer üçün can atdığı fransalı ulduz PSJ-nin Yaponiya düşərgəsinə aparılmasa da, transferlə bağlı insanı heyrətləndirən bir inkişaf yaşanıb. Mbappe transfer olunsa, həm Ronaldonun, həm də Messinin 1 ildə qazandığından daha çox pul qazanacaq. Budur bütün təfərrüatlar...

Dünya futbolunun ən məşhur adlarından biri olan Kilian Mbappenin gələcəyi ilə bağlı qeyri-müəyyənlik həftələrdir davam edir. Fransız ulduz gələn mövsüm keçərli olacaq müqaviləsində 1 illik opsiyadan istifadə etməyəcəyini açıqladıqdan sonra bütün diqqətləri üzərinə çəkib.

Mbappenin qərarından sonra Fransanın PSJ komandası 24 yaşlı futbolçunu heyətdən kənarlaşdırıb və Yaponiyada keçiriləcək düşərgənin heyətinə daxil edilməyib.

PSJ-nin prezidenti Nasser Al Khealifi yeni baş məşqçi Luis Enrikenin imzalanma mərasimində Mbappeyə düşünmək üçün iki həftə vaxt verdiklərini açıqlayıb. Mbappe isə birbaşa olmasa da, klubdan ayrılmaq istədiyini ona hiss etdirib.

Uğurlu futbolçunun uzun müddətdir "Real Madrid"ə getmək istədiyi məlum olsa da, İspaniya komandasından flaş hərəkət gəlib.

Benzemanın gedişindən sonra mərkəzə birinci dərəcəli futbolçu götürməyən bənövşəyi-ağların prezidenti Florentino Peresin Mbappe üçün transfer mövsümünün sonuna qədər gözləyəcəyi və qiyməti aşağı salmağa çalışacağı iddia edilirdi.

Bu inkişaflardan sonra dünya futbolunda ağılları kəsəcək bir transfer inkişafı yaşanıb.

Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası Paris Saint Germain-də nüfuzdan düşmüş fransız ulduz Kilian Mbappe üçün inanılmaz təklif edib.

Fabrizio Romanonun xəbərinə görə, "Əl Hilal"ın rəhbərləri Kilian Mbappe üçün Paris Saint-Germain-ə 300 milyon avro təklif edib.

Xəbərdə Fransa komandasının menecerlərinin Kilian Mbappe üçün bu təklifə isti münasibət bəslədiyi bildirilib.

Digər tərəfdən CBS-dən James Benge xəbərinə görə, PSJ-yə 300 milyon avroluq təklifə əlavə olaraq, Əl Hilal Kilian Mbappeyə illik 700 milyon avro maaş almaq təklifi edib.

Xəbərdə Mbappeyə edilən təklifin bir illik olacağı və Mbappenin gələn yay Real Madridə getmək istəməsinə imkan verən müqavilə təklif ediləcəyi də irəli sürülüb.

Kilian Mbappenin artıq Real Madridlə anlaşdığını düşünən PSJ rəhbərliyi bu səbəbdən ulduz futbolçu ilə yollarını ayırmağa qərar verib.

24 yaşlı Kilian Mbappe karyerası ərzində 324 rəsmi oyunda 244 qol vurub və 116 məhsuldar ötürmə edib.