2023-cü ilin ötən səkkiz ayı ərzində ən çox qazanan futbolçuların siyahısı açıqlanıb.
Hafta.az-ın "Worldranking"ə istinadən yazdığına görə, siyahının zirvəsində portuqaliyalı müqayisəsiz ulduz Kriştiano Ronaldo dayanır. O, 260 milyon dollar qazanıb. İkinci yeri tutan argentinalı futbolçu Lionel Messinin qazancı Ronaldonunkundan iki dəfə az - 135 milyon dollar olub. Siyahıda ilk üçlüyü Neymar tamamlayır - 112 milyon dollar.
Dünya şöhrətli futbolçular Kilian Mbappe 110 milyon dollar qazancı ilə dördüncü, Kərim Benzema isə 106 milyon dollarla ilk beşlikdə özünə yer tapıb.
Siyahıda Erling Haaland altıncı (58 milyon dollar), Məhəmməd Salah yeddinci (53 milyon dollar), Sadio Mane səkkizinci (52 milyon dollar), Kevin De Bruyne doqquzuncu (39 milyon dollar) yerdə qərarlaşıb. İlk onluğu Harri Keyn (36 milyon dollar) tamamlayıb.