Dünyanın ən zəngin 10 milyarderi

09:15 14.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu həftə qəfil çökmələr və sonrakı sürətli yüksəlişlər səbəbindən səhmlərdə böyük dalğalanmalar olub. Qlobal səhmlər milyarderlərin milyardlarla dollar itirməsinə səbəb olan “Qara Bazar ertəsi” itkisini demək olar ki, geri qaytararaq keçən cümə günü ticarətdə yüksəldi.

Hafta.az-ın yazdığına görə, analitiklər deyirlər ki, “Qara bazar ertəsi” səhmlərin çökməsi bazarların qlobal artımla bağlı narahatlıqları ilə bağlı idi, lakin sonradan bu narahatlıqlar “şişirdilmiş” olub. Yaxın vaxtlarda ciddi iqtisadi tənəzzül əlamətləri görünmür.

“Bloomberg” Milyarderlər İndeksinə əsasən, 11 avqust 2024-cü il tarixinə dünyanın ən zəngin insanlarının ilk onluğu belədir:

1. İlon Mask

Tesla və SpaceX-in baş direktoru İlon Mask 229 milyard dollar sərvətlə dünyanın ən varlı adamı olub. Maskın sərvəti ilin əvvəlindən 59 milyard dollar artıb.

2. Ceff Bezos

Amazon-un qurucusu Ceff Bezos təxminən 190 milyard dollar sərvəti ilə ikinci yerdədir. Bezosun sərvəti ilin əvvəlindən 13,3 milyard dollar artıb.

3. Zukerberq

Üçüncü yerdə 184 milyard dollar sərvətlə Meta-nın (keçmiş Facebook) yaradıcısı Mark Zukerberq qərarlaşıb. Sukerberqin sərvəti ilin əvvəlindən 55,7 milyard dollar artıb.

4. Bernard Arnault

Lüks istehlakçı brendi LVMH-nin sahibi Bernard Arnault 184 milyard dollar sərvəti ilə dördüncü yerdə qərarlaşıb. Arnaultun sərvəti ilin əvvəlindən 23,9 milyard dollar azalıb.

5. Bill Qeyts

Microsoft-un yaradıcısı Bill Qeyts 153 milyard dollar sərvəti ilə beşinci yerdə qərarlaşıb. Qeytsin sərvəti ilin əvvəlindən 12 milyard dollar artıb.

6. Larri Peyc

Google-un yaradıcılarından olan Larri Peyc 147 milyard dollar sərvəti ilə altıncı yerdə qərarlaşıb. Peycin sərvəti ilin əvvəlindən 20,3 milyard dollar artıb.

7. Larri Ellison

Oracle-ın qurucusu Larri Ellison 146 milyard dollar sərvəti ilə yeddinci yerdədir. Ellisonun sərvəti ilin əvvəlindən 22,9 milyard dollar artıb.

8. Stiv Balmer

Microsoft-un keçmiş baş direktoru Stiv Balmer 141 milyard dollar sərvəti ilə səkkizinci yerdə qərarlaşıb. Balmerin sərvəti ilin əvvəlindən 10,1 milyard dollar artıb.

9. Sergey Brin

Google-un digər qurucusu Sergey Brin isə 138 milyard dollar sərvəti ilə doqquzuncu yerdədir. Brinin sərvəti ilin əvvəlindən 18,2 milyard dollar artıb.

10. Uorren Baffett

Berkshire Hathaway-in sədri Uorren Baffet 136 milyard dollar sərvəti ilə onuncu yerdə qərarlaşıb. Baffetin sərvəti ilin əvvəlindən 16,3 milyard dollar artıb.

Bu siyahıda yer alan milyarderlərin sərvətləri təlatümlü bir həftəyə baxmayaraq, xeyli yaxşılaşıb. Ancaq iqtisadiyyatdakı qeyri-müəyyənlikləri və qlobal bazarlarda dalğalanma riskini nəzərə alsaq, qarşıdakı dövrdə bu insanların taleyinin necə təsirlənəcəyi maraq mövzusu olaraq qalır.