"Lill", "Çelsi", "Real Madrid" kimi komandalarda forma geyinən belçikalı ulduz futbolçu Eden Hazard 32 yaşında karyerasını bitirdiyini açıqlayıb.
Sosial media hesablarından təqaüdə çıxmaq qərarını açıqlayan 32 yaşlı futbolçu, "Özünü dinləməli və doğru zamanda işi tərk etməlisən. 16 il oynadıqdan və 700-dən çox matça çıxdıqdan sonra karyeramı bitirmək qərarına gəldim. Arzularımı həyata keçirmək şansım oldu. Dünyanın bir çox yerində meydanda oynadım və əyləndim. Karyeram ərzində bir çox böyük məşqçi, məşqçi və oyunçu ilə tanış olmaq imkanım olub. Bu gözəl yolda məni müşayiət edənlərə təşəkkür edirəm.Hamınız üçün darıxacağam”. deyib.
Futbolçu karyerasında "Lill", "Çelsi" və "Real Madrid"də çıxış edən Hazard son illər ardıcıl zədələri səbəbindən oynamaq şansı tapmaqda çətinlik çəkib və bu mövsüm üçün komanda ilə müqavilə bağlaya bilməyib. Özünün də kapitanı olduğu Belçika Milli Komandasında 126 matçda 33 qol vuran Hazard öz nəslinin ən texnikalı yarımmüdafiəçilərindən sayılırdı.
2015-ci ildə İngiltərədə ilin futbolçusu seçilən Eden Hazard 2021-22 mövsümündə Real Madrid forması ilə UEFA Çempionlar Liqası çempionluğunu da qazanıb. Hazard peşəkar klub karyerası ərzində 623 matçda 167 qol vurub və 157 məhsuldar ötürmə edib.