Əhalimizin sayı 10 133 078 nəfərə çatıb

17:08 14.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 13 945 nəfər və ya 0,14 faiz artaraq 2021-ci il may ayının 1-i vəziyyətinə 10 133 078 nəfərə çatıb.

Hafta.az-ın məlumatına görə, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri təşkil edir. Bununla yanaşı, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.