Əliyar Ağayev Avro-2024-ün oyununa təyinat alıb

16:00 21.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avro-2024-ün seçmə mərhələsinin oyununa təyinat alıb.

Hafta.az xəbər verir ki, ona G qrupunun Bolqarıstan - Monteneqro görüşü həvalə edilib. Köməkçi hakimlər Zeynal Zeynalov, Akif Əmirəli, dördüncü hakim Kamal Umudlu olacaq.

Qeyd edək ki, martın 24-ü keçiriləcək sözügedən görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.