Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Erməni Patriarxlığının baş katibi, baş keşiş Tatul Anuşyanın vəfatı ilə bağlı qardaşı Aren Anuşyan və Türkiyə Erməni Patriarxı Sahak Maşalyana telefonla zəng edərək başsağlığı verib.
Hafta.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan görüş zamanı Tatul Anusyanın ailəsinə və erməni ictimaiyyətinə başsağlığı verib.
Bundan başqa, Prezident Administrasiyasının Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun Türkiyə Erməni Patriarxlığının baş katibi, baş keşiş Tatul Anuşyanın vəfatı ilə əlaqədar Erməni İcmasına başsağlığı verib.
Altun sosial media hesabındakı paylaşımında "Türkiyə Erməniləri Patriarxının baş katibi, baş keşiş Anousyanın ölüm xəbərini kədərlə öyrəndim. Başda Erməni İcmasına, ailəsi və yaxınlarına başsağlığı verirəm”.