Ərdoğandan Azərbaycanın Zəfər Gününü təbriki

17:56 08.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib.

Hafta.az-ın xəbərinə görə, Türkiyə Prezidentinin “Twitter” hesabındakı paylaşımda deyilir:

“Azərbaycanın Zəfər Bayramını, Qarabağ torpaqlarının azadlığa qovuşmasını müjdələyən bu şanlı günü ürəkdən təbrik edirəm. Vətən üçün gözlərini qırpmadan mübarizə aparan, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, qazilərimizi minnətdarlıqla anıram”.