Ərəb klubundan Ronaldoya daha bir təklif

14:49 27.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Kriştiano Ronaldonu transfer etmək istəyir.

Hafta.az "CBS Sports"a istinadən xəbər verir ki, klub portuqaliyalı hücumçunun nümayəndələri ilə danışıqlar aparır. "Əl-Nəsr" 37 yaşlı oyunçuya ilinə 75 milyon dollar maaş alacağı 3 illik müqavilə təklif etməyə hazırdır. 

Tərəflər futbolçunun özünün yekun qərarını gözləyir. Ronaldo transferə razılıq versə, tezliklə müqavilə imzalanacaq.

Xatırladaq ki, Ronaldo noyabrın 22-də “Mançester Yunayted” qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib. Bundan əvvəl Səudiyə Ərəbistan klublarından birinin ona 2 ilinə 242 milyon avro qazanacağı müqavilə təklif etdiyi xəbərləri yayılmışdı.

Oxunma sayı 2276