Erməni cəmiyyətində aqressivlik səngiməyə başlayıb - Rəy

19:42 11.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar erməni cəmiyyətində aqressivlik getdikcə səngiməyə başlayıb.

Bu fikirləri hafta.az-a Azərbaycan Parlamentinin sabiq deputatı Maksim Musayev deyib.

Onun sözlərinə görə, məsələn, əvvəllər “Şuşi” yox, “Şuşa” sözünü işlədən siyasətçi və deputatlara çox sərt reaksiya verilirdi.

Parlamentdə daimi komissiyalara üzvlər seçilərkən, bir də görürdün, deyirlər ki, filankəsi seçmək olmaz, o, bir dəfə “Şuşi” əvəzinə “Şuşa” deyib. İndi getdikcə kütlə və siyasi dairələr üçün belə şeylər adiləşir...